Bişirməzdən əvvəl əti və toyuğu yumayın

Mütəxəssislərin fikrinə görə, ətin üzərində görünən çirk yoxdursa, əti yumaq nəinki lazım deyil, hətta ziyanlıdır.

Su mikrobların azalmasına səbəb olmur, əksinə, mikroblar su damcıları ilə ətrafa yayılır.

Bişirilmə zamanı ətdə olan bütün mikroblar onsuz da məhv olur. Təbii ki, söhbət yaxşı bişmiş və ya qızardılmış ətdən gedir.

Aşbazlar da bişirdikdən əvvəl əti yumağı tövsiyə etmirlər ki, bu, hazır qidanın dadını pisləşdirir.
Davamı →

Zəif işıq beyin strukturunu dəyişdirə bilər

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və öyrənmək, yaddaşa zərər verə biləcəyi müəyyən edilib.

ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb.
Davamı →

Ağız qoxusunun yaranma səbəbləri

Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır. 

Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.

Davamı →

Orqanizmi nikotindən təmizləyən 7 ən yaxşı üsul

Siqaret çəkən insanlar öz sağlamlığına çox ciddi zərbə vurur. Bunu bütün dünya həkimləri təsdiq edir. Bu pis vərdiş bir çox ağır pozulmaların inkişafına təkan verir. Belə ki, siqaret çəkmək ağ ciyər, dil, ağız boşluğu, udlaq xərçənginin ən əsas səbəblərindən biridir. Bundan əlavə bu vərdiş ürəyin işemik xəstəliyi, xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi, mədə xorası və bir çox digər ağır xəstəliklərin və pozulmaların səbəblərindən biridir. Bütün dünyada sağlamlığına dəyər verən insanlar siqaret çəkməkdən imtina edir.
 
Təəssüf ki, bir çox insanlar siqaret çəkməyin onların sağlamlığına mənfi təsirini sona qədər anlamır və bu vərdişdən imtina etmir. Əgər siz hər hansı səbəbə görə siqaret çəkməkdən imtina edə bilmirsinizsə, nikotinin və siqaretlərin tərkibində olan digər ziyanlı maddələrin orqanizmə olan mənfi təsirini bu üsullarla azaltmağa çalışın. 
Davamı →

Avtomobili olmayanlar daha sağlam olur

Avstraliya alimləri araşdırmalar nəticəsində belə qərara qəliblər ki, avtomobili olmayan insanlar avtomobil sürən insalarla müqayisədə daha sağlamdır.
 
Araşdırmada yaşı 34-dən 65-ə qədər 2000-dən artıq respondent iştirak edib. Araşdırma göstərib ki, gün ərzində 1 saat avtomobil sürən insanlar avtomobil sürməyən insanlarla müqayisdə ən azı 2 kq ağırdır və onların bel çevrəsi təxminən 1,5 sm daha çoxdur. Beləliklə, gün ərzində sükan arxasında çox vaxt keçirən insanlarda piylənmə riski artır.
 
Piylənmə isə ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və bir çox digər xəstəliklərin riskini artırır. Alimlər gün ərzində daha az vaxt sükan arxasında keçirməyi, onun əvəzinə piyada gəzməyi və ictimayi nəqliyyatdan istiafdə etməyi tövsiyə edirlər.
Davamı →

Uzunömürlü cərrahdan faydalı məsləhətlər

Uzun və məhsuldar həyat — 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi. Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb. 

Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda — maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
Davamı →

Uşaq xəstə olanda tez-tez edilən 3 səhv

Ailədə uşağın xəstələnməsi böyük həyacan və narahatçılığa səbəb olur. Lakin bundan qorxmaq və təşvişə düşmək lazım deyil. Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla «qöruşəndə» inkişaf edir, möhkəmlənir, daha mükəmməl olur. Bu təbii fizioloji prosesdir. Pediatrların fikrinə görə, hər bir uşağın 1 il ərzində 4-5 dəfə xəstələnməyə «hüququ» var. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.

Təəssüf ki, bir çox valideynlər soyuqdəymə və qripp zamanı uşağa düzgün baxım qaydalarını bilmir və bu kimi səhvlər edir:
Davamı →

İstilik sistemləri sağlamlığa zərər vurur

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada «ilişir» və məhv olur. Evin havası quru olanda bu, selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.
Davamı →